AZ

Millinin heyətində dəyişikliklər edildi

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər edilib.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Elnur Cabbarlı zədələndiyi üçün onun yerinə “Araz Naxçıvan” komandasından Adıgözəl Əkbərov milliyə dəvət olunub.

“Sabah” klubundan isə Ramin Əvəzov və Emin Feyzullayev zədə, Əmir Əliyev oyunların sıxlığı səbəbindən toplanışda iştirak etməyəcəklər.

U-18 aprelin 28-dən mayın 3-dək Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla