AZ

Britni Spirs 2 milyon dollar təzminat ödəyəcək

Britni Spirs və atası Ceymi Spirs nəhayət ki, Ceyminin hüquqi haqları və qızının maliyyəsinin idarə edilməsi ilə bağlı mübahisələrini həll edib. 

 

Sfera.az bildirir ki, qərar aprelin 25-də Los-Anceles Ali Məhkəməsində qəbul edilib, lakin müqavilənin şərtləri açıqlanmayıb.


Britni Spirs və atası Ceymi Spirs, pop ulduzun 13 illik konservatorluğuna son qoymaq üçün olan məhkəmədən iki il sonra hüquqi xərclər üzərində razılaşıblar.
Ceymi Spirs qızının konservatoru kimi işə götürdüyü bir neçə hüquq firmasının qanuni hesablarını ödəmək, habelə hazırkı vəkillik haqqını ödəmək üçün 2 milyon dollardan çox pul tələb edib. Britninin vəkili Matthew S. Rosengart, Ceyminin səlahiyyətlərindən artıq sui-istifadə edərək özünə 6 milyon dollar ödədiyini iddia edərək, atasının davam edən qanuni borclarını ödəməli olmadığını müdafiə edib.

 

Ceymi Spirsin vəkili Alex M. Ueingarten isə:

 

 "Ceymi hər şeyin bitdiyinə çox sevinir. O, ictimaiyyət qarşısında ona qarşı irəli sürülən məsuliyyətsiz və yalan ittihamlara görə təəssüflənir" - ifadəsi ilə açıqlama verib.

 

Qərar həm də o deməkdir ki, Spirs və onun atası qərardan apelyasiya şikayəti verməkdən çəkinəcəklər.

 

Hakim Britni Spirsin həbsdə olan atası üçün 2 milyon dollardan çox məhkəmə xərcləri ödəməyə qərar verib. Bu, Britnini qəzəbləndiri. Çünki Britni özü vəkillərə 4 milyon dollardan çox pul xərcləyib. O, dostu, keçmiş məhbus Pol Riçard Solizlə birlikdə məhkəmə binasını tərk edib. Britninin əsəbi halda ayaqlarını panelin üzərinə qoyaraq, avtomobilin ön şüşəsini sındırdığı da diqqət çəkib.

 

Aysel

Sfera.az

Seçilən
47
11
Mənbələr
Şərh ()
Bağla