AZ

İsrail HƏMAS-dan cavab gözləyir

İsrail KİV-i xəbər verir ki, girovların azad edilməsi və HƏMAS ilə razılaşma üçün danışıqlar aparmaq üçün bir gün əvvəl Qüdsə gələn Misir nümayəndə heyətinin üzvləri hələ də İsraildədirlər.


Məlumata görə, misirlilərlə danışıqlar cümə günü beş saatdan çox davam edib.

 

İsrail girovların azad edilməsi ilə bağlı razılaşmanı yaxınlaşdırmaq üçün böyük güzəştlərə razılaşıb.

 

Bununla belə, İsraillə HƏMAS arasında fikir ayrılıqları qalmaqdadır. İsrail hazırkı mərhələdə 30-dan çox girovun azad edilməsində israrlıdır, HƏMAS 20-ni azad etməyə hazır olduğunu bildirib.

 

Sərbəst buraxılan girovların sayı İsrailin Qəzzada hərbi əməliyyatın davam etdirilməsini nə qədər təxirə salacağını müəyyən edəcək.

Kanal 12 mənbələri İsrailin HƏMAS-ın qoşunların çıxarılması və hərbi əməliyyatların tamamilə dayandırılması tələbini rədd etdiyini bildirib.

Kanal 12-nin məlumatına görə, HƏMAS-dan cavabın 48 saat ərzində alınacağı gözlənilir. HƏMAS-ın danışıqlar qrupunun rəhbəri Xəlil əl-Həyya aprelin 27-də səhər saatlarında İsrail və Misirdən təkliflərin alındığını təsdiqləyib. O bildirib ki, HƏMAS alınan sənədi öyrəndikdən sonra cavabını vasitəçilərə çatdıracaq.

 

Nigar

 

Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla