AZ

Cənub-Cənub əməkdaşlığı getdikcə daha çox institusionallaşır - UNOSSC direktoru

Ər-Riyad. Trend:

Cənub-Cənub əməkdaşlığı getdikcə daha çox institusionallaşır

Trend xəbər verirki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin (UNOSSC)direktoru Dima Əl-Xatib İslam İnkişaf Bankı Qrupu (İİB) Ər-Riyaddakeçirilən illik toplantılar çərçivəsində “Üzv ölkələrdə və ondankənarda Cənub-Cənub əməkdaşlığının dəstəklənməsinin 50 ili”mövzusunda olan panel müzakirəsi zamanı bildirib.

"Biz qlobal səviyyədə hökumətlərarası proseslərin, müxtəlifbəyannamələrin və qərarların dəstəklənməsində, Cənub-Cənub vəüçbucaqlı əməkdaşlığın prioritetlər siyahısına daxil edilməsində vəmütləq dəstəklənməsində çox mühüm rol oynayırıq", - deyə DimaƏl-Xatib qeyd edib.

O qeyd edib ki, son hadisələr, istər Elm, Texnologiya vəİnnovasiyalar üzrə Havana Bəyannaməsi, istərsə də Cənub Zirvəsitoplantısı, Orta Gəlirli Ölkələr Bəyannaməsi, indiyə qədər qəbuledilən hər bir bəyannamə və hər bir qərar, Cənub-Cənub və Dayanıqlıİnkişaf Məqsədlərinə (SDGs) nail olunması və inkişafı təşviqedilməsində boşluğu aradan qaldırmaq üçün üçtərəfli əməkdaşlığınəhəmiyyətini vurğulayıblar:

"Cənub-Cənub əməkdaşlığı getdikcə daha çox institusionallaşır.Fəaliyyətimizin digər əsas elementi Cənub-Cənub və üçtərəfliəməkdaşlığın necə işlədiyini nümayiş etdirməkdir və bu, bizim idarəetdiyimiz və Cənubun Üzv Dövlətlərinin bizə həvalə etdiyi etimadfondları vasitəsilə baş verir".

O, texniki ekspertizanın təmin edilməsi, Cənub-Cənub vəüçtərəfli əməkdaşlığın dəstəklənməsi baxımından BMT sisteminin ölkəvə regional səviyyələrdə rolunun vacibliyini vurğulayıb:

"Digər əsas məqam ölkələr arasında miqyaslana bilən vəpaylaşılan biliklərin yaradılmasıdır".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla