AZ

Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib

"Terrorçuluqla mübarizədə biz tərəddüd etmədən müharibə dövrünün qanunlarına əsasən hərəkət edirik..."
 
"Xəstəxanalarımızda hərbçilərin olması barədə bəyanatlar tamamilə yalandır və düşmən təxribatıdır..."
 
Kiyevdə Belarus DTK rəhbərinin təhdidləri səbəbindən iki xəstəxana təxliyə edilir
 
Kiyev hakimiyyəti təcili surətdə Boqatırskaya küçəsində yerləşən iki xəstəxananı təxliyə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının "Teleqram-kanal"ında məlumat verilib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Bir qədər sonra Ukraynanın "Cуспiльне" nəşrinin dərc etdiyi videoda xəstələrin bu tibb müəssisələrindən təxliyəsi prosesi əks olunub.
 
Belə radikal tədbirlərə səbəb kimi Kiyev administrasiyası bu xəstəxanalara raket zərbələri təhlükəsini göstərib. "İnternet-mediada kütləvi şəkildə yayılan videoda faktiki olaraq bu tibb müəssisələrinə düşmənin zərbə endirəcəyi anons edilib.
 
Guya bu xəstəxanalarda hərbçilər var. Bu, tamamilə yalandır və düşmən təxribatıdır, bununla da paytaxtımızın sosial infrastrukturuna zərbə endirmək üçün istifadəyə cəhd edilir", - Ukrayna paytaxtının meriyası bəyan edib.
 
Kiyev administrasiyası hansı videodan söhbət getdiyinu dəqiqləşdirməyib. Hər şeydən göründüyü kimi, məmurları narahat edən Belarus DTK rəhbəri İvan  Tertelin aprelin 25-də Ümumbelarus Xalq Toplantısının iclasındakı çıxışı olub.
 
"Bütün bu adamlar və onların planları bizə bəllidir. Terrorçluqla mübarizədə biz tərəddüd etmədən müharibə dövrünün qanunlarına əsasən hərəkət edirik. 
 
Terrorçular və onların əlaltıları arasında ölən və yaralananlar var, şübhəsiz, onlar hətta Boqatırski küçəsi, 30 və 32 ünvanda xəstə uşaqların arxasında gizləndiyi Kiyev xəstəxanalarını özlərinə yuva seçdiklərinə rəğmən, cəzalarına çatacaq", - Tertel bəyan edib.
 
DTK rəhbərinin fikrincə, Ukraynada hərbi əməliyyatlarda USQ tərəfində iştirak edən belaruslardan ibarət birləşmələr fəaliyyət göstərir və Belarus ərazisinə hərbi müdaxilə həyata keçirmək niyyətindədir.
 
USQ Tertelin bəyanatını "Rusiyanın əlinə işləyən informasiya-psixoloji xüsusi əməliyyat" adlandırıb.
 
Lakin Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri əlavə edib ki, onlar nəzərdə tutulmuş fəaliyyət protokollarına uyğun olaraq hər bir potensial təhlükəyə reaksiya verməyə borcludur.
 
Axşam saat 8 radələrində Kiyev meri bəyan edib ki, adıçəkilən xəstəxanaların  pasiyentləri və personalı uğurla təxliyə edilib.
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla