AZ

"Neftçi" uduzur, Bojoviç və adamları öz kefindədir - VİDEO

"Neftçi" Azərbaycan Kubokunda mübarizəni yarımfinal mərhələsində dayandırdı.

İlk matçda evdə "Qarabağ"a 0:4 uduzan bakılılar, bu dəfə səfər meydanında ağır məğlubiyyət yaşadı - 1:4.

Deyəsən, əzəli rəqibə 8:1 hesablı acı yenilgi "ağ qaralar"ın baş məşqçisi Miodraq Bojoviç və komandasının vecinə də deyil.

Hər halda, cavab matçının 31-ci dəqiqəsində yaşananlar belə düşünməyə əsas verir.

"Neftçi" həmin anda 0:1 geridə idi. Bu isə ümumi hesabda 0:5 gerilik deməkdir.

Belə də Bojoviç "Neftçi"nin imicinə xatir baş sındırmaq, təsəlli qələbəsi barədə düşünmək, ən azı növbəti darmadağından qaçmaq üçün yollar aramalı olduğu halda baş qoşub ehtiyat skamiyada oturan köməkçilərinə və qəh-qəhə çəkir.

SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla