AZ

Ançelotti: “Futbolçularımla fəxr edirəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 33-cü turunda “Real Sosyedad”la səfər oyununda 1:0 hesablı qələbəni şərh edib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hamı bizim bura asan gəzinti üçün gəldiyimizi düşünürdü, amma “Real” oyunçuları buna qarşı idilər. Mən onlarla fəxr edirəm, onlarda qalib gəlmək əzmi və istəyi vardı.

“Real Sosyedad” çox yaxşı komandadır, amma bizim də gözəl komandamız var. Çətinliklərə rəğmən, qalib gəldik. Çempionatda qalibiyyətə dörd xal qaldı”, deyə Ançelotti vurğulayıb.

33 oyundan sonra 84 xal toplamış “Real” La Liqanın yarış cədvəlinin lideridir. “Real Sosyedad” isə 51 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla