AZ

“Şeffild Yunayted” Premyer Liqanı tərk etdi

Premyer Liqanın 35-ci turunda “Nyukasl”la səfər oyunu autsayder “Şeffild Yunayted” üçün üçqat xoşagəlməzliklə əlamətdar olub.

Arena.az məlumat verir, əvvəla, “sağsağanlar” “tiyələr”i 5:1 hesabı ilə “dimdikləyiblər”.

Nəticədə “Şeffild”in Premyer Liqadan Çempionşipə yuvarlanması təsdiqlənib.

Ən nəhayət, “Şeffild” 38 turluq bir mövsümdə buraxılmış qolların sayına görə İngiltərə Premyer Liqasının antirekordunu müəyyənləşdirib. Cari mövsümdə 97 qol buraxmış “tiyələr”i Premyer Liqanın “aşsüzən”i adlandırmaq olar.

Premyer Liqanın mövcudluğu tarixində bir mövsümdə buraxılmış qolların sayına görə mütləq antirekord isə 1993/1994-cü illər mövsümünün 42 turluq yarışında düz 100 qol “yemiş” “Suindon Taun”a məxsusdur. Göründüyü kimi, “Şeffild Yunayted” mütləq antirekordun astanasındadır.

İngiltərə Premyer Liqasının cari mövsümünün başa çatmasına 3 tur qalmış, 35 oyundan 16 xal toplamış “Şeffild Yunayted” yarış cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla