AZ

Bu ərazidə piyada keçidinin olmaması insanları təhlükə yaradır - VİDEO

Paytaxtın bu ərazisində piyada keçidinin olmaması insanları təhlükə ilə üz-üzə qoyub

Bu yoldan keçənlər hər gün ölüm təhlükəsi ilə üzləşirlər...

Söhbət Binəqədi rayonu Çiçək qəsəbəsinin əsas girişindən gedir.

Sakinlər deyir ki, piyada keçidi olmadığına görə burada tez-tez qəzalar baş verir.

Əraziyə ən yaxın yerüstü piyada keçidləri isə qəsəbənin əsas yolundan uzaqdır.

Vətəndaşlar deyir ki, işıqlandırma düzgün təşkil olunmadığından sürücülər gecə hərəkət edərkən yolu keçən vətəndaşları görməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən münasibət öyrənə bilmədik.

Daha ətraflı videomaterialda.

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla