AZ

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

 

Oxu24.com-un  məlumatına görə, İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralılardan ikisi evə buraxılıb. Digər yaralı Fatma Şərifova isə paytaxt xəstəxanalarından birinə təxliyə olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:43

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.

Oxu24.com-un Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan daha bir nəfər - 1976-cı il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

18:47

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla