AZ

Yığmamız 2 qızılla Avropa 2-cisi

Cüdo üzrə Azərbaycan yığması Avropa çempionatını 2-ci pillədə bitirib.

İdman.biz xəbər verir ki, millimiz yarışı 2 qızıl və 1 gümüş medalla başa vurub.

Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Balabəy Ağayev (60 kq) yalnız finalda uduzub. 4 cüdoçumuz isə bürünc uğrunda görüşü məğlubiyyətlə başa vurub.

Qitə çempionatında ən yüksək nəticəyə Gürcüstan imza atıb (2-2-3). Fransa komandası 6 medalla 3-cü olub (1-2-3).

Qeyd edək ki, yığmamız ötən il Monpelyedə keçirilən Avropa çempionatında 2 qızılla 2-ci yeri tutub.

İdman.biz

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla