AZ

ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..

"İlin əvvəlindən müqavilə üzrə hərbi xidmətə 100 mindən artıq könüllü müraciət edib..."
 
Rusiyada ikinci səfərbərlik dalğası olmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsi rəhbərinin müavini Aleksey Juravlyov bəyan edib. Məlumatı "infox.ru" nəşri yayıb.
 
"Kişilər ilyarımdan artıqdır ki, səngərdədir, öz qanı-təri hesabına istirahətə layiqdir. Bu mexanixm diqqətlə düşünülməlidir ki, bölmələrimizin döyüş qabiliyyətinə təsir etməsin. Bunun üçün tədricən rotasiya, lazım gəldikdə isə yeni səfərbərlik elan edilməlidir", - o, özünün "Teleqram-kanal"ında yazıb.
 
Bu zaman Juravlyov qeyd edib ki, "hərbi ruha və ordu qardaşlığına köklənənlər", təbii ki, cəbhədə saxlanılmalıdır. 
 
Deputat həmçinin məlumat verib ki, Müdafiə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən müqavilə üzrə hərbi xidmətə inanılmaz sayda, 100 mindən artıq könüllü müraciət edib.
 
Ötən ilin payızında Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov yeni səfərbərlik dalğası barədə şayiələr fonunda bəyan edib ki, səfərbər edilən rusiyalılar döyüş əməliyyatları zonasını yalnız müharibə başa çatdıqdan sonra tərk edə bilər.
 
Çərşənbə günü ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana ümumi məbləği 95, 2 milyard dollar olan yardım haqqında qanun lahiyələrini imzalayıb. Ukraynaya 60, 8 milyard dollar nəzərdə tutulub. 
 
Baydenin sözlərinə görə, Kiyev ilk növbədə dəyəri bir milyard dollar olan HHM və artilleriya üçün döyüş sursatları, raket sistemləri və zirehli texnika əldə edəcək.
 
Bundan başqa, dünən Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib ki, Ukraynanın təhlükəsizliyinə dəstək üzrə Təşəbbüs çərçivəsində Vaşinqton bu ölkəyə daha altı milyard dollar ayıracaq.
 
Bu paketə döyüş sursatları, ələkeçirmə vasitələri, pilotsuz uçuş aparatları, "yer-hava" raketləri və bir çox başqa vasitələr daxildir.
Seçilən
82
35
Mənbələr
Şərh ()
Bağla