AZ

Abituriyentlərə XƏBƏRDARLIQ! - Qəbul imtahanın "sual"ları ilə sizi aldada bilərlər...VİDEO

"Nəyinki buraxılış imtahanı, qarşıdan gələn bloku da həll edirik. “Blok imtahan cavabları tapılıb sistemdədir, münasib qiymətə ala bilərsiz''…

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanın suallarını əldə etdiyini iddia edən şəxslər bu yolla vətəndaşları aldadır.

Hətta az bal toplayan abituriyentlərin ballarının artıırılması xidmətini də  təklif olunur. Elanlar o qədər sürətlə yayılır ki, dələduzlara inanıb pul ödəyənlər də  var.

Təhsil Məsələləri üzrə ekspert Rizvan Fikrət oğlunun sözlərinə görə, son zamanlar belə dələduzluq halları artıb. Bir çox abituriyent aldadıldıqlarını son anda bilirlər.

Halbuki, abituriyentlər bilməlidir ki, imtahan suallarının hazırlanma prosesinə dövlət imtahan mərkəzi tərəfindən ciddi nəzarət edilir.

Dövlət İmtahan Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki məsələdən xəbərdardırlar, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Bu tip vədlərə inanmamaq tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla