AZ

Putin iqtisadi məsələlərlə bağlı keçirilən iclasda bir sıra açıqlamalar verib

...Rusiya iqtisadiyyatının vəziyyəti onun inkişafı ilə bağlı əvvəllər verilmiş proqnozları yaxşılaşdırmağa imkan verir və ilin sonunda Rusiyanın ümumi daxili məhsulu 3,5 faizdən çox arta bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunudövlət başçısı bildirib.

...Qeyd etmək istərdim ki, ilin əvvəlinə dair məlumatlar hökumətin, Rusiya Bankının və bəzi ekspertlərin proqnozlarından daha yüksək olub. Yanvar-fevral aylarında Rusiyanın ÜDM-i illik ifadədə altı faiz artıb.

Qeyd edək ki, Putin bunuKremlin saytındakı stenoqramda sitat gətirir.

Vladimir Putin, həmçinin fevralda 8,5 faiz əlavə edən sənayenin yüksək artım templəri nümayiş etdirdiyinə diqqət çəkib. O, emal sənayesininyanvarda 7,5 faiz, fevralda isə artıq 13,5 faiz artım göstərdiyini də bildirib.

Nazlı

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla