AZ

Bakıda velosipedçinin piyadanı vurması velosığortanı GÜNDƏMƏ GƏTİRİBVİDEO

Səkidə avtomobilə doğru gedən piyadanı velosipedçi vurub.

Xezerxeber.az xəbər verir ki, kadrlar ərazidə olan müşahidə kameralarına düşüb. Çörək zavodlarından birinə məxsus avtomobilin sürücüsü mağazaya zəruri ərzağı verib geri qayıdarkən velsipedlə toqquşub. Zərbənin təsirindən hər iki şəxs yıxılıb.

Görüntülərdən aydın olur ki, piyada xəsarət alıb. O hadisədən sonra ayağa qalxa bilmir.

Velosipedlərin isə icbari sığortası yoxdur. Əgər hadisə vaxtı piyada ağır xəsarət alarsa onun müalicə xəsrclərini kim qarşılayacaqdı?

Yəni, baş vermiş hadisə velosipedlərin də sığorta məsələsini gündəmə gətirir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirir ki,  paytaxda velosiped və skuterlər üçün xüsusi zolaqlar salınır və bu tip nəqliyyata maraq artır. Bu məqsədlə dünya təcrübəsində geniş yayılan velosiped sığortası bizdə də tətbiq edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla