AZ

Hepotoloji Mərkəzdə "Hepato Club” adlı tədbir keçirilib - FOTOLAR

Aprelin 27-də Hepatoloji Mərkəz by Referans Medical Group-da qaraciyər xəstəliyindən əziyyət çəkən pasientlər üçün tamamlayıcı təbabətin bitkilər ilə müalicəsi mövzusunda "Hepato Club” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Hepotoloji Mərkəz by Referans Medical Group-un baş həkimi T.Ü.F.D Hicran Xıdırova və Avropa Təbiət Elmləri Akademiyasının üzvü, Fitoterapiya Mərkəzinin rəhbəri Elnur Rəhimov iştirak edib.

H.Xıdırova "Layihəni etməkdə məqsədimiz pasientlərin bir araya gələrək, müxtəlif ixtisaslı həkimlər ilə diaqnozlar, müalicələr və onları maraqlandıran digər məsələlər ilə bağlı müzakirələr edərək, doğru qərar vermələridir. Layihənin ən başlıca məqsədi pasientləri maarifləndirmək, elmi əsası olmayan yanlış məlumatlardan uzaqlaşdırmaq və məhz mütəxəssislər vasitəsi ilə bu problemlərə həll yolu tapmaqdır".-deyə vurğulayıb.

O bildirib ki, müasir müayinə mədəniyyətinin təbliği, profilaktik təbabətin təşkili və pasiyentlərin düzgün yönləndirilməsi istiqamətində atılan bu addım pasiyent-həkim klubu olaraq fəalliyəti davam edəcək.

Qeyd edək ki, tədbirdə xəstəliklərin müalicəsində istifadə olunan bitkilər və onların istifadə qaydası haqqında doğru bilinən yanlış məqamlara toxunulub.

Tədbirin sonunda pasiyentlərə bitki bağlamaları və hədiyyələr təqdim olunub.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla