AZ

Şahin Diniyev: "Avrokuboklara vəsiqə qazanmamaq dünyanın sonu deyil"

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivsəsində keçirilən "Sabah" - "Səbail" (2:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- "Sabah"ın qələbəsini kiçiltmək istəmirəm, amma bu oyunun qalibi rəqibin qapıçısı Yusif İmanov oldu. 5 qol imkanından istifadə edə bilmədik. Standart vəziyyətlərdən qollar vuraxdıq. İkincisi hissədə əzmkar oyuna görə komandama təşəkkür edirəm. Oyun keyfiyyətinə fikir verirəm. 7 aylıq yaxşı komandamız var. Çox yaxşı futbol oynadıq, ikinci hissədəki oyunumuzdan zövq aldım.

- Bu nəticədən sonra "Səbail" avrozonadan qopdu?
- Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq. Hələ heç nə bitməyib. Ümumilikdə 12 xal qazana bilərik. İkinci hissədə göstərdiyimiz oyunu sərgiləyə bilsək, yaxşı nəticə əldə edə biləcəyik. Avrokuboklara vəsiqə qazanmasaq belə, heç nə bitmir. Ötən mövsüm çempionatda qalmaq uğrunda mübarizə aparırdıq, bu il Avropaya iddialıyıq. Kimsə bunu çempionat başlayanda desəydi, inanmazdıq.Avrokuboklara vəsiqə qazanmamaq dünyanın sonu deyil. Lakin biz hələ də iddiamızı saxlayırıq.

- Yusif İmanovu təbrik etdiniz, bəlkə bir az da futbolçularınızı qınayasınız...
- Hücumçular daha yaxşı çıxış etsəydi, başqa nəticə olardı, amma qapıçının da çıxışı möhtəşəm idi. Ancaq qol vəziyyətlərini də bizim komanda yaradıb. Gənc futbolçu olanda Türkiyə klubu ilə qarşılaşırdıq, bir oyunda 7 dəfə qapıçı ilə təkbətək çıxdım. Vura bilmədim, oyun heç-heçə bitdi. Matçdan sonra hamı mənim üstümə düşdü. Sonda komandanın rəhbəri məni müdafiə elədi və dedi ki, Şahin 7 epiozod yaradıb, hansınız bunu etmisiniz... Bu gün biz də epizodları yaratmışıqsa, demək ki, yaxşı haldır.

- Yusif İmanov kimi qapıçını heyətinizdə görmək istərdiniz?
-  Yox, mənim qapıçım var və ondan da razıyam. Sadəcə bu günün qəhramanı Yusif idi. Amma "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm.

- "Qələbə" qazanmaq üçün nə çatmır?
- Futbol stabil heyət üzərində qurulub. Stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. 15-20 tur qalmış Premyer Liqada qalmağı təmin etmişdik. Sonrada avrokuboklar uğrunda mübarizəyə başladıq. Bu yaxşı şeydi. Bu heyəti saxlasaq, yaxşı olacaq. Zamana ehtiyac var. Azərbaycan çempionatına rəngarəngliyi qatmışıq.

Məlik Məlikov
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla