AZ

“Liverpul”da qalmaqal: Salahla Klopp arasında “söz müharibəsi” - VİDEO

“Liverpul”un ulduzu Məhəmməd Salah və Yurgen Klopp arasında qalmaqal yaşanıb.

İdman.biz xəbər verir ki, hadisədə “Vest Hem” – “Liverpul” (2:2) matçının sonlarında baş verib.

Salah matçın 79-cu dəqiqəsində meydana daxil olmağa hazırlaşarkən Kloppla söz davasını çıxıb. Misirli futbolçunu komanda yoldaşları Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.

Oyundan sonra tərəflər hadisə ilə bağlı açıqlama veriblər.

Məhəmməd Salah: “Əgər bu gün məsələ haqqında danışsam ortalıq alovlanacaq”.

Yurgen Klopp: “Soyunub geyinmə otağında danışdıq. Məsələ mənim üçün bağlanıb”.

Qeyd edək ki, “Liverpul” növbəti dəfə xal itirərək, çempionluq yarışında ağır zərbə alıb.

İdman.biz

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla