AZ

“Qarabağ”ın futbolçularına ağız açdılar, iki nəfər dəyər verdi - VİDEO

“Qarabağ”ın son 3 ildə avrokubokların qrup mərhələsinə aşması komandaya olan sevginin dozasını xeyli artırıb.

Öncəki illərdə stadionlardakı coşqunu əsasən beynəlxalq matçlar zamanı görürdüksə, artıq yerli turnirlərdə də oxşar mənzərəyə şahidlik etməkdəyik.

“Qarabağ”ın Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi”ylə cavab görüşündə qazandığı 4:1 hesablı qələbə stadiona toplaşanların ürəyinə yağ kimi yayılmışdı.

Əliyar Ağayev final fitini səsləndirən kimi tribunalardakı fanatlar məhəccərlərə yaxınlaşıb futbolçuların adlarını səsləndirməyə başladılar.

Azyaşlılar hansısa oyunçunun maykasına sahib olmaq üçün qışqırır, gənclər isə sadə yolu pankart qaldırmaqda görürdü. Xüsusən 11 və 12-ci sektorlardakı izdihamı görməyə dəyərdi.

Futbolçular qələbəni azarkeşlərlə qeyd etsələr də, heç də hamısı formasını onlara vermədi. Nəriman Axundzadə ilə Hamidu Keytanın yeniyetmələri sevindirməsi xoş mənzərə idi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla