AZ

“Beş ildir eşidirəm ki, klubu himayəsinə götürmək istəyirlər, yaxın gələn olmayıb”

“Klubun inkişafından danışırıqsa, maliyyə imkanları çox önəmlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri hazırda “F-Holding”lə sponsorluq yönündə danışıqları davam etdirdiklərini söyləyib. Bəs yaxın vaxtlarda əlavə sponsorların da cəlb olunması mümkündür?

Müsahib bu haqda aşağıdakıları bildirib:

“Bunlar danışıqların tam yekununda - müqavilədə qeyd olunacaq. Azarkeşlərimiz “Kəpəz”i ön sıralarda görmək istəyirlər.

Klubun qüdrətli olması üçün sabit maliyyə imkanları olmalıdır. Biz indiyədək bunun üçüm çalışmışıq.

Sponsor tapmaq asan məsələ deyil. Beş ildir eşidirəm ki, filan şirkət “Kəpəz”i himayəsinə götürmək istəyir.

Adı çəkilən çox, yaxın gələn olmayıb. Indi də gözləyirik, görək, nə olur”.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla