AZ

Biləsuvarda mağazaya bitişik sahədə yanğın olub

Bakı. Trend:

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 63m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın damörtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
57
9
Mənbələr
Şərh ()
Bağla