AZ

“Qarabağ” bəlli, bəs digər 3 xoşbəxt kim(lər) olacaq?

“Avrokuboklara vəsiqə qazanmaq şansı olan komandalar çoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında işsiz məşqçi Azər Bağırov deyib.

Yaxınlarda “Araz-Naxçıvan”dan ayrılan mütəxəssis mövsümün sonluğu ilə bağlı düşüncələrini bizimlə bölüşüb. O, qitəmiqyaslı yarışlar uğrunda mübarizənin axırıncı turadək davam edəcəyini bilidirb:

“Qarşıda çox çətin bir estafet var. Bu beş turda hər şey ola bilər.

Stress, qırmızı vərəqələr, zədələr istənilən komandaya problem yarada bilər.

Bu gün “Turan Tovuz” turnir cədvəlində yeddinci yerdədir, bununla belə, onların da Avropaya getmək şansı qalmaqdadır.

Üç yerə bu qədər iddialının olması Premyer Liqanın çətin keçməsini göstərir.

İştirakçılardan yalnız “Qarabağ” seçilir. “Qarabağ”ın sona səkkiz tur qalmış çempion olması hər şeyi deyir”.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla