AZ

Avtobus dayanacaqlarında iki pavilyonun olması düzgündür?VİDEO

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində iki yanaşi dayanacaq pavilyonu var. Aralarındakı məsafə təxminən 20 metrdir. Avtobuslar isə hər iki pavilyonun önündə dayanır.

Bəs bu qədər yaxın dayanacaq pavilyonlarının olması düzgündürmü?

Xezerxeber.az xəbər verir ki, pavilyonun biri İnşaatçılar metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsindədir. Lakin sürücülər daha çox birinci pavilyonun qarşısında avtobusu saxlayırlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dayanacaqda eyni vaxtda iki avtobus dayanarsa, iki pavilyon ola bilər. Bu adətən marşrut xətlərinin çox olduğu küçələrdə avtobusların xaotik hərəkətinin qarşısını almaq üçün tətbiq edilir.

Şərifzadə küçəsi də belə küçələrdəndir. Lakin nişanlanma düzgün təşkil edilməlidir.

Ekspert qeyd edib ki, paytaxtın zərurət olan digər küçələrində də belə pavilyonlar quraşdırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla