AZ

Xidməti maşında cinsi əlaqədə olan polis zabiti işdən QOVULDU

Xidməti maşında cinsi əlaqədə olan polis zabiti işdən QOVULDU

Şimali Qazaxıstan vilayətində polis xidməti avtomobilində cinsi əlaqəyə girdiyi üçün işdən qovulub. Qeyd olunur ki, polis zabiti ilə avtomobildə cinsi əlaqənin videosunu bloger hazırlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 44 yaşlı kişi Şimali Qazaxıstan vilayətinin polis idarəsinin rayon polis şöbəsinə polis əməkdaşının qanunsuz hərəkətləri barədə şikayət ərizəsi ilə müraciət edib. Xidməti araşdırma zamanı xidməti intizamın kobud şəkildə pozulması, o cümlədən hüquq-mühafizə orqanını nüfuzdan salan hüquqpozma faktı müəyyən edilib. Şimali Qazaxıstan Polis İdarəsinin rəisinin əmri ilə bu əməkdaş neqativ səbəblərə görə polis idarəsindən azad edilib.

İdarədən bildirilib ki, bir neçə polis əməkdaşı, eləcə də rayon bölməsinin rəhbərliyi də məsuliyyətə cəlb edilib.

Seçilən
109
2
Mənbələr
Şərh ()
Bağla