AZ

Premyer Liqa: “Sabah” “Səbail”i xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Son oyunlarından qalib ayrılmış komandaların 6 xallıq oyununda kimin sevinəcəyi maraq doğururdu. Yekunda qələbəni meydan sahibləri bayram ediblər. “Bayquşlar” görüşün taleyini elə ilk hissədə vurduqları qollarla həll ediblər.

Qeyd edək ki, 32-ci turun qalan oyunları aprelin 28-də və 29-da keçiriləcək.

Premyer
32-ci tur
27 aprel

“Sabah” – “Səbail” 2:0
Qollar: Con İrasabal, 22. Jesse Sekidika, 39.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
“Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 55. Nir Bardea, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Seçilən
82
7
Mənbələr
Şərh ()
Bağla