AZ

İslam Maliyyə Xidmətləri Şurası Azərbaycanın İslam maliyyə sənayesini inkişaf etdirəcəyinə ümid edir - baş katib

Ər-Riyad. Trend:

İslam Maliyyə Xidmətləri Şurası (IFSB) Azərbaycanın İslammaliyyə sənayesini inkişaf etdirəcəyinə ümid edir.

Bu barədə Trend-ə IFSB-nin baş katibi Qiyat Şabsiq İslam İnkişafBankının (İİB) Ər-Riyadda keçirilən illik toplantısı çərçivəsindədeyib.

"İslam maliyyəsi artıq bütün dünyada yetkinlik həddinə çatıb vəonu tətbiq edən çoxlu sayda ölkə var. Belə bir tələbin olduğunugörürük. Təbii ki, bu, həmin ölkələrin iqtisadi inkişafına öztöhfəsini verir. Bizim qaydalarımız, standartlarımız var və onlarıasanlıqla həyata keçirmək olar. Biz həqiqətən ümid edirik ki,Azərbaycan lazım gələrsə, bu standartları tətbiq edəcək və İslammaliyyə sənayesini inkişaf etdirəcək", - deyə o bildirib.

Q.Şabsiq qeyd edib ki, IFSB tənzimləyicil orqanlara İslammaliyyə standartlarını qəbul etməkdə və bu standartları daxil etməküçün qanun və qaydalarını dəyişməkdə kömək edə bilər:

"Bu, sənayeyə kömək edəcək və onun təhlükəsiz və ağıllıişləməsinə imkan verəcək. Qlobal miqyasda İslam maliyyəsi son beşildə hər il təxminən 14 faiz artıb. Bu, böyük artımdır.Qeyri-müsəlman ölkələr arasında bizim üzvlüyümüzdə Böyük Britaniya,Çin, Almaniya, Yaponiya var. İslam bankçılığı qeyri-müsəlmanölkələrində də çox sərfəlidir".

O qeyd edib ki, ölkələr İslam maliyyəsini qəbul edəndə daha çoximkanlara, daha çox alətə malik olduqları üçün bazarıdərinləşdirirlər:

"İslam maliyyəsinin inkişaf miqyası iqtisadi vəziyyətdənasılıdır".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla