AZ

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bir sıra İsrail rəsmilərinin həbsinə order verə bilər

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Qəzza müharibəsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu və yüksək vəzifəli məmurlarının həbsinə order verməyə hazır olduğu iddia edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” qəzati yazıb.

Qəzetin yazdığına görə, Netanyahudan başqa, müdafiə naziri Yoav Qallant və IDF Baş Qərargah rəisi, eləcə də İsrail təhlükəsizlik xidmətinin əməkdaşlarına qarşı orderlər verilə bilər.

Həbsə dair order gələn həftənin əvvəlində baş verə bilər.

Netanyahu isə öz növbəsində bildirib ki, BCM-nin Qəzza ilə bağlı istənilən qərarı İsrailin hərəkətlərinə təsir etməyəcək, əksinə “təhlükəli presedent yaradacaq”, çünki İsrail BCM-nin tərəfdaşı deyil.

Bizim.Media

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla