AZ

Azərbaycanlı cüdoçu Avropa çempionu oldu

Azərbaycanlı cüdoçu  Elcan Hacıyev (-90 kq.) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Futbolpress.az xəbər verir ki, o, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edərək finala vəsiqə qazanıb.

Cüdoçumuz həlledici görüşdə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.

Bu Azərbaycanın turnirdə qazandığı ikinci "qızıl" olub. Buna qədər Hidayət Heydərov çempion, Balabəy Ağyev isə ikinci olmuşdu.
Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla