AZ

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də "Elm Çırağı" İctimai Birliyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsinə həsr olunub.

Əvvəlcə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professorlarının “Ədəbiyyatda dəniz obrazı bir simvol kimi”, “Təbiətə münasibət insan mənəviyyatının ölçüsü kimi” mövzularında məruzələri dilənilib.

Tədbirdə İctimai Birliyin, dövlət və ictimai strukturların nümayəndələri, elm və təhsil işçiləri, mədəniyyət və incəsənət xadimləri, habelə istedadlı və peşəkar gənclər mövzu ətrafında çıxışlar ediblər.

Tədbir bədii hissə ilə davam edib.

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla