AZ

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Bakı, 27 aprel, AZƏRTAC

Tovuzda ikisi azyaşlı olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub.Nəticədə VAZ-ın sürücüsü 41 yaşlı Anar Həsənov, 15 yaşlı Nicat Həsənov və 15 yaşlı Famil Həsənli xəsarət alıb. Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
51
6
Mənbələr
Şərh ()
Bağla