AZ

Yenidən sıradan çıxdı

Dioqo Jota növbəti bəxtsizliklə üzləşib.

“Liverpul”un oyunçusu yenidən zədələnib. 27 yaşlı hücumçu İngiltərə premyer-liqasının 34-cü turunun “Fulhem”lə oyununda (3:1) sıradan çıxıb. Portuqaliyalı futbolçu zədə səbəbindən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda komandanın baş məşqçisi Yürgen Klopp məlumat verib.

Jota bu mövsüm İngiltərə çempionatında meydana çıxdığı 21 oyunda 10 qol vurub.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla