AZ

Rubialesin xələfi məlum oldu

İspaniya Kral Futbol Federasiyasının (İKFF) rəhbərliyindəki bir neçə aylıq problemə son qoyulub.

Qurumun yeni prezidenti məlum olub.
İKFF-nin rəsmi saytının yaydığı xəbərə görə, Pedro Roça federasiyanın yeni rəhbəri seçilib. O, bu vəzifədə Luis Rubialesi əvəzləyib. Xatırladaq ki, əvvəlki prezident İspaniyanın qadınlardan ibarət yığmasının oyunçusu Cennifer Ermoso ilə yaşadığı qalmaqala görə vəzifəsini tərk etmişdi.

Rubialesin milli komandanın DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra mükafatlandırma mərasimində futbolçunun dodaqlarından öpdüyü çoxlarına məlumdu. İspaniya ictimaiyyətinin böyük təzyiqi və tənqidləri sabiq funksioneri istefaya yollanmağa vadar etmişdi. FİFA Rubialesin futbolla bağlı bütün fəaliyyətinə üç il müddətinə qadağa qoyub. Bir müddət sonra isə İspaniya prokurorluğu korrupsiya istintaqı ilə bağlı işə görə onun həbsinə order verib. Dövlət orqanı Ermosoya qarşı hərəkətinə görə sabiq funksionerin iki il yarım müddətinə həbsini də istəyib. İspaniya Milli Məhkəməsi isə bir neçə gün əvvəl Rubialesin işə yenidən baxılması ilə bağlı appellyasiya müraciətini rədd edib.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla