AZ

İran həbsdə olan Aries gəmisinin heyətini azad etmək niyyətindədir

İran Hörmüz boğazında saxlanılan "MSC Aries" -in ekipajını azad etmək niyyətindədir. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.

“Biz gəmi heyətinin buraxılması ilə bağlı humanitar məsələni ciddi şəkildə nəzərdən keçiririk ”, - deyə nazir bildirib.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəhbəri gəminin heyətinin buraxılma vaxtını açıqlamayıb.

Xatırladaq ki, aprelin 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə daxil olan Sepah bölməsinin xüsusi təyinatlıları "MSC Aries" konteyner gəmisini saxlayıb. Gəmi Portuqaliya bayrağı altında üzüb və Əmirliyin Xəlifə limanından Hindistanın Nava Şeva limanına doğru hərəkət edib.


Havar Şəfiyeva 

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla