AZ

Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniyanın dövlət rəsmiləri ilə görüşüb.

 

Maraqlıdır, Prezidentin Almaniya görüşü bu ölkənin, bütövlükdə isə Qərbin Azərbaycana münasibətində nəyisə dəyişəcəkmi?

 

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Qərbin Azərbaycana münasibətində kifayət qədər müxtəliflik olduğunu vurğulayıb:

 

“Almaniya post-sovet ölkələrinə, eləcə də Azərbaycana münasibətdə digər Qərb ölkələri ilə müqayisədə hər zaman fərqli mövqe tutub. Yəni Almaniyanın Azərbaycana münasibəti ilə Fransanın münasibəti əhmiyyətli dərəcədə fərqlidir. Azərbaycanla əməkalıq Almaniyanın da maraqlarına uyğundur.

 

Burada Almaniya ilə Fransa arasındakı rəqabət məsələsi də qeyd olunmalıdır. Aımaniya Avropa məkanında öz liderliyini qoruyub saxlamağa çalışır. Bunun üçün çalışır ki, dünyanın bir çox aparıcı ölkələri, eləcə də regionlardakı lider dövlətlərlə sıx münasibət qursun. Azərbaycan da regionun lider dövlətidir. Almaniya Azərbaycanla əməkdaşlıq fonunda regiondakı nüfuzunu qoruyub saxlamağa çalışır. Almaniya Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirərsə, o zaman Cənubi Qafqaz regionu ilə bağlı iqtisadi və siyasi maraqlarını təmin edə bilər.

 

Bütövlükdə isə Qərb vahid bir dövlət olmadığı kimi vahid mövqeyə də malik deyil. Ancaq Azərbaycan zaman-zaman onunla əməkdaşlığa hazır olan dövlətlərlə münasibətini inkişaf etdirməklə öz əlehdarlarına da lazımi mesajı verir və göstərir ki, regionda Azərbaycanla qarşıdurma fonunda hansısa dövlətin öz marağını təmin etməsi mümkün deyil”.

 

Seymur ƏLİYEV

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla