AZ

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub

Bakı, 27 aprel, AZƏRTAC

Abşeron rayonunun Xırdalan şəhərində "Ocaq Sport" Klubunun yeni zalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, zalın açılmasında əsas məqsəd ölkədə gimnastikanın inkişaf etdirilməsi və idmanın bu növünün kütləviliyinin artırılmasıdır.

Azərbaycan Gimnastika Federasiyasının meneceri Surxay Qarayev bildirib ki, bu zalda gimnastika ilə yanaşı, taekvondo, şahmat, üzgüçülük kimi bir çox idman növləri fəaliyyət göstərəcək. Onun sözlərinə görə, yeni zalın istifadəyə verilməsi gimnastikaya həvəs göstərən yeniyetmələrin bu idman növü ilə yaxından məşğul olmasına şərait yaradacaq.

Sonra tədbir bədii hissə ilə davam edib. Gimnastlar fərdi və qrup hərəkətləri proqramında idman nömrələri nümayiş etdiriblər.

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan “Ocaq Sport” klubunda ümumilikdə gimnastikanın 11 növü üzrə (bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, “TeamGym”, parkur, gimnastika hamı üçün, hava gimnastikası və xüsusi olimpiya üzrə gimnastika) minə yaxın idmançı məşq edir.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla