"Səbail"in azarkeş qrupu "Dənizçilər"in komandanın oyunlarını boykot etdiyini yazmışdıq.
"Football-plus.az" xəbər verir ki, fanklub qərarını dəyişib. Onlar Misli premyer-liqasının 32-ci turunda keçirilən "Sabah" - "Səbail" matçında tribunada yer alıb. Hazırda davam edən görüşdə "Sabah" öndədi - 1:0.
Xatırladaq ki, "Dənizçilər" bir neçə gün əvvəl Bayıl təmsilçisinin layiqli nəticələr qazanmadığını əsas gətirərək kollektivin oyunlarını boykot etmişdi.
KƏNAN BAHADIR