AZ

Şahmat tacının mükafatı – 2,5 milyon

2024-cü ildə dünya çempionu titul uğrunda yarışın mükafat fondu 2,5 milyon dollar təşkil edəcək.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) press-reliz yayıb.

FİDE turnirin keçirilməsi ilə bağlı təşkilatçılıq tenderi elan edib. Tədbirin minimum büdcəsi 8,5 milyon dollar təşkil edəcək. FİDE-də təmsil olunmaq hüququ 1,5 milyon dollar olacaq.

Qeyd edək ki, şahmat tacı uğrunda turnir noyabrın 20-dən dekabrın15-dək davam edəcək. Həlledici görüşdə çinli Di Lijen və hindistanlı Qukeş Dommarudja qarşılaşacaq.

İdman.biz

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla