Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyii “Daejeon” doğma meydanda "Seul"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb
“Daejeon” 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.