AZ

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

ARDNF-nin

Bakı, 27 aprel, Vüsal Nəbiyev, AZƏRTAC

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkətlə (TOP-5 şirkət) bağlı məlumat verib.

AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə səhmlər üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.

- “Microsoft” (494 milyon ABŞ dolları)

- “Apple” (419 milyon ABŞ dolları)

- “NVIDIA” (371 milyon ABŞ dolları)

- “Amazon” (279 milyon ABŞ dolları)

- “Meta platforms” (179 milyon ABŞ dolları

“Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib”, - deyə fondun AZƏRTAC-a cavabında bildirilib.

Seçilən
32
5
Mənbələr
Şərh ()
Bağla