AZ

“Barselona” üçün azad agent

“Barselona”nın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya nəhəngi Qido Rodrigesin xidmətində maraqlıdır.

30 yaşlı dayaq yarımmüdafiəçisinin “Betis”lə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Barselona” onu azad agent kimi ələ keçirmək niyyətindədir.

Qeyd edək ki, Rodriges 2020-ci ilin yanvarından Sevilya təmsilçisində forma geyinir.

İdman.biz

Məqalədə:
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla