AZ

Həbsdən qaçmaq üçün qazdıqları tunel polisin həyətinə çıxdı - VİDEO

Venesuelada nadir rastlanan hadisə baş verib.

Musavat.com xəbər verir ki, bir qrup dustaq həbsxanadan qaçmaq üçün tunel qazıb.

Onlar tunelin çıxışını bilmədən polis idarəsinin həyətinə istiqamətləndiriblər. Belə ki bir-bir tuneldən çıxan dustaqları polis yenidən yaxalayıb. Bu səhnələr polis tərəfindən çəkilib, sosial media vasitəsi ilə bütün dünyaya yayılıb. Türkiyə mediası bu kiçik fraqmenti "Hababam sinifinin əfsanə səhnəsi gerçək oldu", başlığı ilə yorumlamaqdadır.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

Seçilən
114
45
Mənbələr
Şərh ()
Bağla