AZ

Bu ölkə VAR-dan imtina etdi

İsveç rəsmən VAR-dan imtina etmiş oldu.

Bu qərarı İsveç Futbol Assosiasiyası (İFA) verib. Son dönəmlərdə İsveçdə futbolsevərlər tez-tez VAR əleyhinə etiraz aksiyaları keçirirdilər. Bunu nəzərə alan İFA elita və ikinci divizionda çıxış edən 32 klub arasında gizli səsvermə keçirmək qərarına gəldi. Həmin səsvermənin nəticələrinə görə klubların böyük əksəriyyəti, daha dəqiq desək, 32 kollektivdən 18-i VAR-ın istifadəsinin əleyhinə çıxdı! Nəticədə İFA prezidenti Fredrik Reynfeldt dünən rəsmi açıqlama verərək bundan sonra ölkə daxili yarışlarda VAR-dan istifadə olunmayacağını təsdiqlədi. Bununla da İsveç UEFA-nın top-30 liqası arasında VAR-dan imtina edən ilk və hələ ki, yeganə ölkədi! Amma yaxın müddətdə Norveçin də bu sıraya qoşulacağı istisna edilmir. Çünki Norveçdə də fanatlar VAR-ın əleyhinə aksiyalar keçirməyə başlayıblar.

ƏLİ

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla