Bakı. Trend:
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə“EFES - 2024” çoxmillətli təlim keçirilir.
Trend bu barədə MüdafiəNazirliyinə istinadən xəbər verir.
Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdənibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusucəlb olunub.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davamedəcək.