AZ

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Medvedev ABŞ-nin Rusiyanı talan etdiyini deyib.

 

Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında qeyd edib.

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ ölkəni soymaq üçün Rusiyaya qarşı hibrid, hüquqi və məhkəmə müharibəsi başladıb:

 

"Ancaq gözlənilməz oldu - onların dövləti bizə qarşı hibrid müharibə, o cümlədən hüquqi və məhkəmə müharibəsi elan etdi. Vaşinqton Rusiya aktivlərinin qanunsuz mənimsənilməsi mexanizmini yaradıb ki, bu da beynəlxalq və milli qanunlarımıza tamamilə ziddir”.

 

Medvedev dost olmayan dövlətlərdən əcnəbilərin pullarını müsadirə etməyi təklif edib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatı Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi layihəsini qəbul edib.

 

Günay

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla