AZ

Şahruddin ''Qalatasaray''ın qələbə seriyasına mane ola bilmədi

Dünən Türkiyə çempionatının 34-cü turunun açılış oyununda lider ''Qalatasaray'' ''Adana Dəmirspor''un qonağı oldu.

Şahruddin Məhəmmədəliyev adanalıların heyətində ilk ''11-lik''də meydana çıxdı. Yığmamızın üzvü ümumilikdə pis təsir bağışlamadı. O hətta ilk yarıda qapısını toxunulmaz saxlamağı bacardı. Amma fasilədən sonra 3 qola mane ola bilmədi. Şahruddin yalnız Ziyeşin vurduğu ilk qolda bir qədər inamsız oynadı. Təcrübəli qapıçı oyunu 8 seyvlə tamamlayaraq bu göstəricidə Türkiyə karyerasındakı ən yaxşı oyununu keçirdi. ''Qalatasaray''a gəlincə, komanda bu qələbə sayəsində xal fərqini 7-yə yüksəltdi. ''Fənərbaxça'' bu turun oyununu bu gün keçirəcək. Qeyd edək ki, ''Cim-Bom'' Türkiyə çempionatında ardıcıl 15-ci qələbəni bayram etməklə turnirin yeni rekordunu müəyyənləşdirdi. Bundan başqa komanda xalını 93-ə yüksəltməklə ''Fənər''ə məxsus rekordu tekrarladı. ''Sarı-lacivərdlilər'' 1988/89-da 93 xalla çempion olmuş və o vaxtdan bu yana heç kim bu qədər xal toplaya bilməmişdi.

ƏLİ

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla