AZ

Keyn mükafat alacaq

style='margin-bottom:10px;'>

"Bavariya"nın hücumçusu Harri Keyn cari mövsümdəki oyununa görə 250 min avro mükafat alacaq.

QOL.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Futbolçunun müqaviləsində mövsüm ərzində bütün turnirlərdə 40-dan çox qol vurması və ya qol ötürməsi etdiyi halda, 250 min avro almalı olduğu haqda bənd var. Keyn isə "Bavariya" ilə bu günə kimi bütün yarışlarda 41 matçda iştirak edib, 40 qol vurub və 13 qolun ötürməsini verib.

Xatırladaq ki, 30 yaşlı futbolçu Münhen klubuna ötən yay “Tottenhem”dən keçmişdi. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Seçilən
95
1
Mənbələr
Şərh ()
Bağla