AZ

Diş implantı kişinin beyninə “girdi” – FOTO

Türkiyənin Bursa şəhərində kişi diş implantasiyası zamanı həyatının şokunu yaşayıb. 

KONKRET.az xəbər verir ki, özəl xəstəxanaların birində həkimin səhv müdaxiləsi nəticəsində implant çənə sümüyünü deşərək xəstənin beyninə ilişib.

Belə ki, 40 yaşlı Ramazan Yılmaz  diş müalicəsi üçün Nilüfer rayonundakı özəl diş klinikasına gedib. Onu müayinə edən həkim AD Yılmaza dişlərinin boş olduğunu və buna görə də çəkilməli olduğunu bildirib. O, çıxarılan dişlərin yerinə implantların qoyulmasını tövsiyə edib. Həkimin məsləhəti ilə müalicəni qəbul edən Yılmaz dişi çəkildikdən sonra yenidən implant üçün masaya əyləşib.

İddialara görə, implantı çənəyə yerləşdirmək istəyən həkimin səhv müdaxiləsindən sonra vint Yılmazın çənə sümüyünü deşərək kəllə sümüyünün içinə ilişib. Yılmazın ağrıdan huşunu itirməsindən sonra həkim A.D vintin kəllə sümüyünün içində olduğunu görüb və dərhal Yılmazı şəxsi maşını ilə xəstəxanaya aparıb.

Xəstəxanada çəkilən tomoqrafiyadan sonra gözlərinə inana bilməyən həkimlər iki uşaq atasını dərhal əməliyyata aparıblar. Saatlarla davam edən əməliyyatdan sonra həyata qayıdan Yılmaz həkimi polisə şikayət edib.

Akıllara

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla