AZ

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Azərbaycanın

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın heyətində Ayan Sadıqova (halqa), Səkinəxanım İsmayılzadə (çoxnövçülük, gürzlər və top), Dəniz Əsgərova (lent) fəxri kürsüyə qalxıblar.

Bu nəticədən sonra millimiz komanda hesabında üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, ötən gün start verilən turnirə aprelin 28-də yekun vurulacaq.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla