AZ

Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu

"Qalatasaray"ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. D.Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib: 

"Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam".

Qeyd edək ki, D.Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.

Seçilən
65
8
Mənbələr
Şərh ()
Bağla