AZ

“Karvan” Saatlıda istədiyini alıb

1-ci liqada 23-cü turda “Araz Saatlı” “Karvan”ı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə bitib – 4:2.

“Karvan”ın baş məşqçisi Kənan Kərimovun oyunla bağlı fikirlərini diqqətinizə çatdırırq:

“Üç xal üçün yollanmışdıq. Çempionat sona yaxınlaşır, ən azı öz mövqeyimizi qorumaq üçün 3 xal bizə hava-su kimi lazım idi. Rəqib layiqincə mübarizə apardı. “Araz Saatlı”nın son pillədə qərarlaşması oyunun asan keçəcəyini bəlli etmirdi. Sonda istədiyimizə nail olduq və 3 xalımızı qazandıq”.


ƏSƏD SEYİDOV
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla